olkepress.com
olkepress.com

İlham Əliyev Vladimir Zelenskiyə başsağlığı verdi

9-12-2019, 17:25

İlham Əliyev Vladimir Zelenskiyə başsağlığı verdiAzərbaycan Respublikasının Prezidenti İlham Əliyev Ukraynanın Prezidenti Vladimir Zelenskiyə başsağlığı verib.

Başsağlığında deyilir:

“Hörmətli cənab Prezident,

Odessa şəhərində kollecdə baş vermiş yanğın nəticəsində insan tələfatı xəbəri məni son dərəcə kədərləndirdi. Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün Ukrayna xalqına şəxsən öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananların və xəsarət alanların tezliklə sağalmasını arzulayıram”.

Ölkəpress.com


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Eylül 2024    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi