olkepress.com
olkepress.com

Çavuşoğlu: Türkiyə, Azərbaycan və Gürcüstan Pekinlə Londonu birləşdirdi

23-12-2019, 14:06

Çavuşoğlu: Türkiyə, Azərbaycan və Gürcüstan Pekinlə Londonu birləşdirdiBiz Gürcüstan və Azərbaycanla birlikdə regionunun sabitliyinə töhfə veririk.

Ölkəpress.com-un xəbərinə görə, bunu Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu Tbilisidə deyib. O bildirib ki, Türkiyə, Azərbaycan və Gürcüstanın həyata keçirdiyi layihələr Pekinlə Londonu birləşdirib.
“Perspektivdə buna bənzər olan layihələri həyata keçirməyə davam edəcəyik. Regionun sülh və sabitliyinə birlikdə töhfə verməyə çalışırıq. Bakı-Tbilisi-Qars dəmiryolu ilə həm ticarətə, həm də nəqliyyata töhfə veririk”, - deyə M.Çavuşoğlu əlavə edib.
Qeyd edək ki, Tbilisidə Azərbaycan, Gürcüstan və Türkiyənin Xarici İşlər nazirləri (Elmar Məmmədyarov, David Zalkaliani və Mövlud Çavuşoğlu) arasında üçtərəfli formatda səkkizinci görüş başlayıb.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Eylül 2024    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi