olkepress.com
olkepress.com

Roqozin: İlham Əliyevə rəğbətim var

21-12-2019, 11:34

Roqozin: İlham Əliyevə rəğbətim varHazırda Rusiya-Azərbaycan münasibətləri çox stabildir.

“Vestnik Kavkaza” xəbər verir ki, bu sözləri Rusiya Federal Kosmik Agentliyinin rəhbəri Dmitri Roqozin deyib. “Həm infrastruktur layihələri, həm də karbohidrogenlər üzrə beynəlxalq formatlar çərçivəsində razılaşmalar nöqteyi-nəzərindən siyasi dialoq çox yaxşıdır. Mən özüm də yanvarın sonunda Bakıya gəlmək istəyirəm, çünki Azərbaycan Kosmik Agentliyi ilə razılaşmamız var. Biz bundan sonra da qarşılıqlı fəaliyyətə hazırıq”, - Roqozin bildirib.
Kosmik sahədə münasibətlərin inkişafı məsələsinə toxunan Roqozin əməkdaşlığın möhkəmləndirilməsi üçün əhəmiyyətli potensialın mövcud olduğunu və Azərbaycan Prezidenti İlham Əliyevlə görüşdə bu məsələləri müzakirə etmək istədiyini vurğulayıb. Sankt-Peterburqda Rusiya və Azərbaycan Prezidentləri Vladimir Putin və İlham Əliyev arasında keçirilən görüş barədə danışan “Roskosmos” rəhbəri Azərbaycan liderinə səmimi rəğbət bəslədiyini bildirib: “Bizim İlham Əliyevlə də, yəqin ki, 20 ildir çox yaxın və yaxşı münasibətlərimiz var. Bizim atalarımız dostluq ediblər. Buna görə də ona rəğbətim var”.

Ölkəpress.com


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Eylül 2024    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi