olkepress.com
olkepress.com

Prezident İpoteka və Kredit Zəmanət Fondunun nizamnamə kapitalını artırıb

16-12-2019, 23:15

Prezident İpoteka və Kredit Zəmanət Fondunun nizamnamə kapitalını artırıbAzərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun nizamnamə kapitalı 637 milyon manata çatdırılıb

AZƏRTAC-ın məlumatına görə, Prezident İlham Əliyev Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondunun fəaliyyətinin təmin edilməsi haqqında” 2017-ci il 29 noyabr tarixli 1691 nömrəli, “Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun yaradılması və fəaliyyətinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” 2017-ci il 25 dekabr tarixli 1760 nömrəli və “Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun fəaliyyətinin təkmilləşdirilməsi məqsədilə əlavə tədbirlər haqqında” 2018-ci il 1 may tarixli 29 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə fərman imzalayıb.
Qeyd edək ki, bundan əvvəl İpoteka və Kredit Zəmanət Fondunun Nizamnaməsi 566 milyon manat idi.

Ölkəpress.com


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Eylül 2024    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi