olkepress.com
olkepress.com

Azərbaycan Avropa İttifaqına üzv olmaq niyyətində deyil - AÇIQLAMA

11-12-2019, 12:32

Azərbaycan Avropa İttifaqına üzv olmaq niyyətində deyil - AÇIQLAMABizim Brüsselə getməyimizin məqsədi Azərbaycanın dövlət mövqeyini müzakirə etməkdən ibarət idi.

Ölkəpress.com-un məlumatına görə, bunu Brüssel səfərinin yekunları ilə bağlı mətbuat konfransında Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin sədri Fərid Şəfiyev deyib. O, Brüsseldə bir sıra görüşlər keçirdiyini bildirib.
F.Şəfiyev qeyd edib ki, səfər zamanı, əsasən, Dağlıq Qarabağ münaqişəsi və Azərbaycanla Avropa İttifaqı arasında imzalanacaq müqavilə müzakirə predmeti olub.
“Biz Avropa İttifaqı ilə tam bərabərhüquqlu əlaqələr qurmaq niyyətindəyik. Biz Avropa Birliyinə üzv olmaq niyyətində deyilik. Avropa İttifaqı bizə dəvət göndərməyib ki, ora üzv olaq”, - deyə F.Şəfiyev əlavə edib. O söyləyib ki, Avropanın siyasi institutları Azərbaycanda aparılan islahatları, növbədənkənar parlament seçkilərinin keçirilməsi məsələsini dəstəkləyir. Xatırladaq ki, Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin sədri Fərid Şəfiyevin rəhbərlik etdiyi nümayəndə heyəti və Dağlıq Qarabağın Azərbaycanlı İcmasının sədri Tural Gəncəliyev 3-6 dekabr tarixlərində Brüsseldə səfərdə olublar.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Eylül 2024    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi