olkepress.com
olkepress.com

Mütəxəssislər “Facebook”un proqram təminatında olan nasazlığı aradan qaldırmağa çalışırlar

29-11-2019, 22:50

Mütəxəssislər “Facebook”un proqram təminatında olan nasazlığı aradan qaldırmağa çalışırlar“Facebook” işçiləri hesab edirlər ki, sosial şəbəkənin və digər tətbiqlərin işindəki nöqsanların səbəbi proqram təminatında olan nasazlıq idi, hal-hazırda proqramın tam bərpası üçün iş gedir. Bu barədə TASS-a “Facebook” nümayəndələri bildiriblər.

“Bu gün, mərkəzi proqram sistemlərimizdən birində yaranan problem səbəbindən bir çox insan “Facebook” tətbiqlərinə daxil olmaqda çətinlik çəkib. Dərhal analiz apardıq, girişi təmin etməyə başladıq, indi tam bərpa üzrə işləyirik. Narahatçılığa görə üzr istəyirik", - deyə şirkətdə qeyd ediblər.
“Downdetector” saytının məlumatına görə, gün ərzində dünyanın müxtəlif ölkələrində “Instagram” və “Facebook” istifadəçiləri nasazlıqlar haqqında xəbər veriblər.

Ölkəpress.com


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Eylül 2024    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi