olkepress.com
olkepress.com

Amerikalı bir saniyəlik milyonçu oldu – 37 milyondan ancaq şəkil qaldı

14-12-2019, 11:49

Amerikalı bir saniyəlik milyonçu oldu – 37 milyondan ancaq şəkil qaldıDallas sakini bir saniyə ərzində milyonçu olub. Belə ki, onun bank hesabına gözlənilmədən 37 milyon dollar köçürülüb. Lakin sonra məlum olub ki, bu, sadəcə bank işçisinin səhvi idi.

“Upi News” bildirir ki, Raş Ballun bank qalığını öyrəndikdə şok olub. Rəqəmləri gördükdə, qadının əri dərhal banka zəng edib.
Bankdan bildirilib ki, müştəri xarici valyutada depozit yatırıb.
“Mübadilə məzənnələri dəyişdiyi üçün xarici valyuta ilə aparılan bütün əməliyyatlar sistemə əllə daxil edilir. Bu proses aparılan zaman əməkdaş səhvən hesab nömrəsini məbləğ göstərilən damaya yazıb”, - bankdan bildirilib. “Mən milyonçu idim. Hesabımın şəkli var, buna görə də bu barədə danışa bilərəm”, - deyə Ballun bildirib.

Ölkəpress.com


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Eylül 2024    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi