olkepress.com
olkepress.com

Qubada soyğunçuluq edən şəxs tutuldu - VİDEO

2-09-2020, 15:42

Qubada soyğunçuluq edən şəxs tutuldu -  VİDEOQuba Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində bir vətəndaşa qarşı soyğunçuluq edərək, onun mobil telefonunu açıq talama yolu ilə ələ keçirən Xaçmaz rayon sakini Ədalət Novruzov saxlanılıb

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba Regional qrupundan verilən məlumata görə, dindirilmə zamanı saxlanılan şəxs törətdiyi cinayət əməlini etiraf edib.

Ə.Novruzovun soyğunçuluq yolu ilə əldə etdiyi bir ədəd mobil telefon polis əməkdaşları tərəfindən maddi sübut kimi götürülüb.

Faktla əlaqədar həmin şəxs barəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, onun başqa cinayət hadisələrində iştirak edib-etməməsi araşdırılır.

Ölkəpress.com


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Eylül 2024    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi