olkepress.com
olkepress.com

Tağıyevin villası rekord qiymətə satışa çıxarıldı - VİDEO

5-12-2019, 17:09

Tağıyevin villası rekord qiymətə satışa çıxarıldı - VİDEOAzərbaycanlı mesenat Hacı Zeynalabdin Tağıyevin İstanbul sahillərindəki Böyükadada yerləşən tarixi villası satışa çıxarılıb.

Ölkəpress.com Virtualaz.org-a istinadən xəbər verir ki, rekord məbləğ-17 milyon lirə dəyərləndirilən 300 illik malikanəyə xeyli müştəri çıxıb.
Bildirilib ki, malikanənin yerləşdiyi İstanbul boğazında bənzərsiz gözəlliyi ilə diqqət çəkən tarixi binalar çoxdur. Artıq xeyli müddətdir ki, həm yerli, həm də əcnəbi zənginlər burada villa axtarışındadırlar. Olduqca yüksək satış qiymətləri olan bu malikanələrdən sonuncu satışa çıxarılanı Hacı Zeynalabdin Tağıyevə məxsusdur. Birinci dərəcəli tarixi abidə sayılan malikanə Osmanlı dövründə tikilib, sonra isə azərbaycanlı iş adamı Hacı Zeynalabdin Tağıyev tərəfindən alınıb. Villa ilin müəyyən aylarında messenatın nəticələri tərəfindən istifadə edilir. Ərazisi 2 miin 400 kvadratmetrdir. 5 otaq və 2 salondan ibarətdir.




XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Eylül 2024    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi