olkepress.com
olkepress.com

Ermənilər Kəlbəcər meşələrində diversiya qrupları yaradır - VİDEO

4-12-2019, 18:40

Ermənilər Kəlbəcər meşələrində diversiya qrupları yaradır - VİDEOErmənistan Azərbaycanın işğal altındakı torpaqlarında könüllü hərbi birləşmələr yaradır.

Ölkəpress.com Modern.az-a istinadən xəbər verir ki, keçmiş kəşfiyyatçı Vova Vardanovun Qarabağ meşələrində yaratdığı silahlı birləşmələrin tərkibindəki qızlar və oğlanlar ekstremal şəraitdə sağ qalmaq, diversiya aktları törətmək və s. vərdişlərə yiyələnirlər.
Təlimlərə SSRİ və Ermənistanın xüsusi təyinatlı dəstələrində xidmət keçmiş təcrübəli döyüşçülər dərs keçirlər. Növbəti təlimlərin fevralın 1-9-u aralığında Kəlbəcər meşələrində, Tərtər çayı sahilində keçirilməsi planlaşdırılır. Təlim-tədris məşqlərinə yerli və diaspor erməniləri maliyyə yardımı ayırırlar. Onların həyata keçirdiyi təlimlərin videogörüntülərin sonuncusunda ABŞ-ın Nyu-Yrok şəhərində yaşayan 27 yaşlı Vartan adlı riyaziyyat müəllimi danışır. Təlimlərə könüllü kimi qatılan diaspor ermənisi təlimlərin videosunu da paylaşır.



XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Eylül 2024    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi