olkepress.com
olkepress.com

Bakıda hostellərin qiyməti kəskin ucuzlaşdı - VİDEO

25-11-2019, 12:16

Bakıda hostellərin qiyməti kəskin ucuzlaşdı - VİDEOBakıda fəaliyyət göstərən hostellərin qiyməti kəskin ucuzulaşıb. Hazırda günü 3-5 manata da hosteldə gecələmək mümkündür.

Ölkəpress.com Xezerxeber.az-a istinadən məlumat verir ki, yay mövsümündən qışa keçid ərəfəsində ölkəmizə turist axınının azaldığı müşahidə edilir. Bu da Bakıda yerləşən ekonom büdcəli otellərin və hostellərin qiymətlərinin kəskin ucuzlaşmasına səbəb olub. Turizm üzrə ekspert Elgün Babayev deyib ki, hazırda şəhər mərkəzinə yaxın yerlərdə kirayə ev tutmaq hostellərdən qat-qat baha başa gəlir. Bu səbəbdən də qrup şəklində səfər edənlər hostellərdə ayrıca otaqlar bron etməyə üstünlük verir. Hostel işlədənlər isə bildirir ki, hazırda otaqların çoxu boşdur. Ekspertlərin fikrincə, ucuzlaşma mövsümi xarakter daşıyır. Qeyd edək ki, Yeni il və Novruz bayramı ərəfəsində ölkəmizə xarici turistləri cəlb etmək məqsədi ilə Dövlət Turizm Agentliyi bir sıra layihələr həyata keçirəcək.



XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Eylül 2024    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi