olkepress.com
olkepress.com

Dəhşətli qəzada ölən şəxs tanınmış həkimin oğludur - VİDEO

4-11-2019, 11:46

Dəhşətli qəzada ölən şəxs tanınmış həkimin oğludur - VİDEOBakı-Quba yolunda baş verən qəzada ölən tanınmış həkimin oğludur.

Ölkəpress.com-un əldə etdiyi məlumata görə, Siyəzən rayonunda ağır qəzada faciəli şəkildə dünyasını dəyişən 40 yaşlı Səbuhi Quliyev ATU-nun Tədris Cərrahiyyə Klinikasının Professoru, Uşaq cərrahlığı kafedrasının konsultantı Çingiz Quliyevin kiçik oğlu imiş.
Qeyd edək ki, Bakı-Quba magistral yolunun Siyəzən rayonundan keçən hissəsində Xaçmaz sakini, 40 yaşlı Hüseyn İsmayılovun idarə etdiyi minik avtomobili Bakı sakini, 40 yaşlı Səbuhi Quliyevin maşını ilə toqquşub. Sürücülər Hüseyn İsmayılov və Səbuhi Quliyev, eləcə də minik avtomobillərindən birində olan 2 nəfər qadın hadisə yerində dünyasını dəyişib. Digər maşındakı sərnişinlər, Xaçmazın Qarabağlı kənd sakini, 61 yaşlı Mehriban Vəliyeva və nəvəsi Sevgi isə müxtəlif xəsarətlərlə Siyəzən Regional Müalicə Diaqnostika Mərkəzinə yerləşdiriliblər.



XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Eylül 2024    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi