olkepress.com
olkepress.com

Xaçmazda pedaqoji kollektiv Təhsil Nazirliyindən narazıdır - VİDEO

20-12-2019, 15:17

Xaçmazda pedaqoji kollektiv Təhsil Nazirliyindən narazıdır - VİDEOXaçmazın Qalağan kənd orta məktəbinin pedaqoji kollektivi Təhsil Nazirliyindən narazıdır.

KONKRET.AZ-ın kamerasına danışan müəllimlər çalışdıqları təhsil müəssisəsinə dövlət qurumları tərəfindən heç bir dəstək və yardımın edilmədiyini bildiriblər: “Bu məktəbin qələmindən hasarındakı daşlara qədər bizimdir. Hər şeyi özümüz əmək haqlarımızdan pul toplayıb düzəldirik. Nə nazirlik, nə də digər dövlət qrumları bizə yardım etmir”.
120 şagirdin təhsil aldığı Qalağan kənd orta məktəbinin dam örtüyü yararsız vəziyyətdədir. Yağış yağanda sinif otaqlarına su damır. Bəzən bu səbəbdən dərslər təxirə salınır. Məktəbin istilik sistemi olmadığından sinif otaqlarını qızdırmaq üçün odun yanacağından istifadə edilir. Bu da müəllimlərin əmək haqqları hesabına başa gəlir.
“Qış aylarında sinif otaqlarını qızdırmaq üçün bizə 50-60 kub metr odun lazım olur. Amma bunun qarşılıqında məktəbə cəmi 3 maşın odun verilib. Qalanını biz özümüz almışıq”.

Ölkəpress.com


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Eylül 2024    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi