olkepress.com
olkepress.com

Narkotik vasitəni maşının mühərrikxanasında gizlətdi - VİDEO

19-12-2019, 16:29

Narkotik vasitəni maşının mühərrikxanasında gizlətdi - VİDEOQərb Ərazi Baş Gömrük İdarəsinin “Qırmızı Körpü” gömrük postunda Gürcüstana gedən “Mercedes-Benz 190” markalı avtomobil Əməliyyat və Təhqiqat İdarəsinin məlumatı əsasında saxlanılıb, Azərbaycan Respublikası vətəndaşları olan sürücü və sərnişini şifahi sorğu-sual olunub.

Ölkəpress.com xəbər verir ki, sorğu-sual zamanı onlar nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilən və bəyan edilməyən hər hansı predmetin olmadığını bildiriblər. Lakin kinoloji xidmət itinin tətbiqi ilə keçirilən gömrük yoxlaması zamanı avtomobilin mühərrikxana və siləcəklərin mühərrik hissələrindəki boşluqlarda 4 ədəd bükümdə ümumi çəkisi 2 kq olan narkotik vasitə-heroin aşkarlanıb.
Faktla bağlı araşdırma aparılır.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Eylül 2024    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi