olkepress.com
olkepress.com

Bakıda əks yola çıxan avtobus qəzadan son anda qurtuldu - VİDEO

18-12-2019, 19:52

Bakıda əks yola çıxan avtobus qəzadan son anda qurtuldu - VİDEOBakıda qaydaları pozan avtobus sürücüsünün görüntüləri sosial şəbəkələrdə paylaşılıb.

Ölkəpress.com "report"a istinadən xəbər verir ki, 10 TG 364 dövlət qeydiyyat nişanlı, 165 nömrəli müntəzəm marşurut xətti ilə hərəkət edən avtobusun sürücüsü Hüseynbala Əliyev küçəsində qoşa xəttin tələblərini pozaraq əks istiqamətdə hərəkətini davam etdirib.
Sürücü qarşıdan gələn nəqliyyat vasitələri ilə toqqumaqdan son anda xilas olub. Öz zolağı ilə hərəkətdə olan “Ford Transit” və “London taksi”si hərəkət istiqamətini dəyişərək qəzanın baş verməsinin qarşısını alıblar. Avtobusun sürücüsü isə işıqforda yenidən öz zolağına qayıtmaq üçün digər nəqliyyat vasitələrinin önünə çıxıb. Qeyd edək ki, İnzibati Xətalar Məcəlləsinin 327.4-cü maddəsinin tələblərinə görə sürücü barəsində 100 manat və 4 cərimə balı nəzərdə tutulur. Sürücünün sərnişinlərin həyatını təhlükəyə atmasını da nəzərə alaraq Bakı Nəqliyyat Agentliyi də müvafiq araşdırma aparmalıdır.



XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Eylül 2024    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi