olkepress.com
olkepress.com

Ordumuzun bölmələri qış mövsümünə tam hazırdır - VİDEO

16-12-2019, 18:48

Ordumuzun bölmələri qış mövsümünə tam hazırdır - VİDEOAzərbaycan Ordusunun cəbhəboyu zonada yerləşən bölmələrinin qış mövsümünə hazırlıqla əlaqədar təchizat və təminat işləri başa çatdırılıb.

Bu barədə Ölkəpress.com-a Müdafiə Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib. Yüksək dağ massivlərində döyüş növbətçiliyi yerinə yetirən hərbi qulluqçuların ərzaq təminatı, isti geyim və istilik üçün yanacaq ehtiyatı, silah və sursat təchizatı normaya uyğun şəkildə döyüş mövqelərinə çatdırılıb.
İşğal olunmuş Azərbaycan torpaqlarındakı Ermənistan ordusunun bölmələri ilə üzbəüz mövqelərdə döyüş növbətçiliyi aparan Azərbaycan Ordusunun bölmələri qış mövsümünə tam hazırdır. Dəniz səviyyəsindən 1500-2000 metr hündürlükdə yerləşən mövqelərdə xidmət aparan şəxsi heyətin təchizat və təminatı qış ayları ərzində heç bir problem və çətinlik çəkmədən xidmət aparmağa imkan verir.
Qış istismar rejiminə keçidlə əlaqədar soyuq iqlim şəraitində, dağlıq-düzənlik ərazidə, gecə və gündüz rejimində fasiləsiz xidmət aparmaq üçün hərbi hissələrin döyüş qabiliyyəti artırılır, eləcə də döyüşə hazırlığının yüksək səviyyədə saxlanılması üçün bütün zəruri tədbirlər həyata keçirilir.
Silah və texnikanın qış dövründə fasiləsiz və dayanıqlı istismarını təmin etmək məqsədilə bütün hərbi hissələr mərkəzləşdirilmiş qaydada yanacaq-sürtkü materialları, digər zəruri ehtiyat hissələri və avadanlıqlarla təmin edilib. Döyüş texnikalarının və hərbi nəqliyyat vasitələrinin yanacaq-sürtkü materialları dəyişdirilərək ən çətin və soyuq iqlim şəraitində istismar olunması üçün döyüşə hazır vəziyyətə gətirilib.





XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Eylül 2024    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi