olkepress.com
olkepress.com

AQTA bu dəfə süd istehlakı ilə bağlı videoçarx yayımladı - VİDEO

16-12-2019, 13:00

AQTA bu dəfə süd istehlakı ilə bağlı videoçarx yayımladı - VİDEOAzərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) əhalinin maarifləndirilməsi tərdbirləri çərçivsində növbəti videoçarx hazırlayıb.

Unikal.org xəbər verir ki, videoçarxda süd içməyin insan orqanizmi üçün əhəmiyyəti ilə yanaşı süd və süd məhsullarının keyfiyyət və təhlükəsizliyi ilə bağlı maarifləndirici məlumatlar əksini tapıb. Qeyd olunur ki, südün təhlükəsizliyi onun istehsal şəraiti, düzgün qablaşdırılmasından asılıdır və üzərində istehsalçının adı, ünvanı, məhsulun tərkibi, son istifadə tarixi qeyd edilməyən süd məhsulları orqanizm üçün təhlükəli ola bilər.
KİV və sosial şəbəkələrdə geniş şəkildə yayımlanması nəzərdə tutulan videoçarxın hazırlanmasında əsas məqsəd əhali arasında süd və süd məhsullarından düzgün istifadə qaydalarının təşviq edilməsi, vətəndaşlarda sağlam qidalanma vərdişlərinin aşılanmasıdır.

Ölköpress.com




XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Eylül 2024    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi