olkepress.com
olkepress.com

Bakıda qəza törədən xanım sürücü jurnalistləri TƏHQİR ETDİ - VİDEO

13-12-2019, 10:40

Bakıda qəza törədən xanım sürücü jurnalistləri TƏHQİR ETDİ - VİDEOBakının Nərimanov rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

Ölkəpress.com apa-ya istinadən xəbər verir ki, avtoqəza Ziya Bünyadov və Atatürk prospektlərinin kəsişməsində qeydə alınıb. Avtoqəza zamanı Elnur Məmmədovun idarə etdiyi “Range Rover” markalı minik maşını ilə Lamiyə Əbəçiyevanın idarə etdiyi “Jeep Grand Cherokee” markalı nəqliyyat vasitəsi toqquşub. Qəzada xəsarət alan olmasa da, avtomobillərə ciddi ziyan dəyib. Hadisədən sonra sürücülər arasında mübahisə də yaranıb. Hətta “Jeep” markalı avtomobilin xanım sürücüsü APA-nın çəkiliş qrupuna da təzyiqlər göstərib.
Əraziyə polis əməkdaşları cəlb olunub və müayinələr aparılıb. Sürücülər ifadələrinin alınması üçün polis orqanına dəvət edilib.




XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Eylül 2024    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi