olkepress.com
olkepress.com

Vardan Oskanyan: “Putin Paşinyanı məhv etdi və Qarabağ səhifəsi bağlandı”

16-10-2023, 07:38

Vardan Oskanyan: “Putin Paşinyanı məhv etdi və Qarabağ səhifəsi bağlandı”

“Bu yaxınlarda Putin Paşinyanı siyasi cəhətdən məhv etdi. O, indiyədək heç vaxt bu qədər açıq danışmamışdı, o, bizim itkilərimizin mənbəyinin Paşinyanın Azərbaycanın ərazi bütövlüyünü tanımasında olduğunu hər şəkildə hamımıza aydınlaşdırdı. Bu məsələyə son qoydu və həmin səhifəni bağladı”.

Olkepress.com Cebhe.info-ya istinadən xəbər verir ki, bunu Ermənistanın keçmiş xarici işlər naziri Vardan Oskanyan videomüraciətində bildirib.

O deyib ki, bu fikir təkcə Putinin deyil, həm də ABŞ, Avropa İttifaqı və Fransa liderlərinin fikridir.

“Onlar bunu açıq şəkildə demirlər, amma pərdə arxasında deyirlər”, - deyə keçmiş xarici işlər naziri bildirib.

O, Paşinyanın istefaya getməli olduğuna əminliyini ifadə edib:

“2018-2020-ci illərdə Paşinyana dedilər ki, Madrid sənədi yaxşı sənəddir, orada problemin həlli elementləri var və ona əməl olunmalıdır.

Amma o, öz nöqteyi-nəzərindən başladı və müharibə gətirdi. Bundan sonra o, çatışmazlıqlarına baxmayaraq, yenə müsbət elementləri özündə əks etdirən 9 noyabr sənədini imzaladı. Sonra ondan da imtina etməyə başlayanda məlum oldu ki, o, Azərbaycana bu sənəddə nəzərdə tutulmayan bir şeyi verir.

Bundan sonra Azərbaycan öz gündəmini diqtə edəndə, Paşinyana ölkəmizin maraqlarına uyğun olan məsələləri ortaya qoymağı məsləhət gördülər, amma o, gedib Azərbaycanın ərazi bütövlüyünü tanıdı, sonra hər şey kəskin şəkildə dəyişdi”,-deyə sabiq nazir bildirib.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Eylül 2024    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi