olkepress.com
olkepress.com

11 dərəcə isti olacaq

9-12-2019, 15:15

11 dərəcə isti olacaqAzərbaycanda sabaha gözlənilən hava şəraiti açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında dekabrın 10-da buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə və səhər bəzi yerlərdə çiskinli olacağı, axşam isə yağış yağacağı ehtimalı var. Mülayim şimal-qərb küləyi günün ikinci yarısında şimal-şərq küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu Bakıda və Abşeron yarımadasında gecə 4-6, gündüz 9-11 dərəcə isti təşkil edəcək. Atmosfer təzyiqi normadan yüksək 767 mm civə sütunu, nisbi rütubət 70-80 faiz olacaq.
Azərbaycanın rayonlarında hava yağmursuz keçəcək. Lakin gecə və səhər bəzi şərq rayonlarında yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi əsəcək. Havanın temperaturu gecə 3-7, gündüz 9-13 dərəcə isti, dağlarda gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 2-6 dərəcə isti olacaq. Tibbi-meteoroloji proqnoza gəlincə, Abşeron yarımadasında təmiz və oksigenlə zəngin havanın üstünlüyü gözlənilir ki, bu da meteohəssas insanlar üçün müsbət amildir.

Ölkəpress.com


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Eylül 2024    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi