olkepress.com
olkepress.com

Qaxda 1milyona qədər tender udan şirkətin təmsilçisi həmdə “DOST İş Mərkəzi” MMC-dən əməkhaqqı alır

9-12-2019, 10:22

Qaxda 1milyona qədər tender udan şirkətin təmsilçisi həmdə “DOST İş Mərkəzi” MMC-dən əməkhaqqı alırÖtən gün araşdırmaçı jurnalist Cavanşir Həsənli Qax rayonunun İcra Hakimiyyətinin başçısı Musa Şəkiliyev barəsində maraqlı məlumat paylaşıb.

Cavanşir Həsənlinin həmin paylaşımının ictimai əhəmiyyətini nəzərə alıb, heç bir şərh vermədən ozucularımıza təqdim edirik.
Cavanşir Həsənli yazır: “Qax rayon İcra Hakimiyyətinin tenderlərinin ənənəvi “qalib”lərindən biri “RENAT-R” MMC adlı şirkətdir. 2013-cü ildə qeydiyyatdan keçirilib. Qanuni təmsilçisi QAX ŞƏHƏRİ, CƏFƏR CABBARLI, ev Döngə 2, ev 7.-də qeydiyyatda olan Qurbanov Elşən Şövkət oğludur. Qaxın icra başçısı Musa Şəkiliyev (Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədri Əhməd Əhmədzadənin xalası oğlu) bu şirkətə indiyədək abadlıq və təmir-tikinti işləri adı ilə 1 milyon manata yaxın dövlət satınalması yönəldib. Bununla işimiz yoxdur.
Məsələ burasındadır ki, Şəkilyevlərin tender şirkətinin qanuni təmsilçisi Qurbanov Elşən Şövkət oğlunun adı həm də Qax rayonu üzrə “DOST İş Mərkəzi” MMC-dən əməkhaqqı alan ictimai işçilərin siyahısındadır. Yəni maaş kartı icra başçısının cibində olan yüzlərlə “ölü canlar”dan biri…
Şəmsəddin Xanbabayevin cibinə qoyduğu maaş kartlarını xatırladınızmı?
Araşdırmaçı jurnalist Cavanşir Həsənlinin yazdıqlarından belə məlum olur ki, Qax rayonunun icra başçısı Musa Şəkiliyev indiyə kimi dövlət büdcəsindən Qaxa ayrılmış vəsaiti özünə yaxın şəxsin adı ilə mənimsəyib.
Qax rayonu İcra Hakimiyyətinin rəsmi mövqeyini dərc etməyə hazırıq.(Qax.org.az)

Ölkəpress.com


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Eylül 2024    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi