olkepress.com
olkepress.com

GÜLAĞA ASLANLI JURNALİSTİ MƏHKƏMƏYƏ VERİR

25-11-2019, 13:35

GÜLAĞA ASLANLI JURNALİSTİ MƏHKƏMƏYƏ VERİRMüsavat Partiyasının Mərkəzi İcra Aparatının rəhbəri Gülağa Aslanlı Almaniyada yaşayan azərbaycanlı mühacir, keçmiş jurnalist Yafəz Həsənovu məhkəməyə verir.

Gülağa Aslanlı bu barədə öz Faceook hesabında yazıb. O bildirib ki, şər və böhtana görə jurnalisti məhkəməyə verir və son tamamlanma işləri gedir.
Gülağa Aslanlı qeyd edib ki, məhkəmənin qərarı olmadan qaldırılan iddialar, atılan böhtanlar elə iddia və böhtan olaraq qalır. Aparat rəhbəri növbəti addımda Almaniya Məhkəməsinə müraciət edəcəyini bildirib. Xatırladaq ki, Yafəz Həsənov “Mühacir alveri”ndə adı keçən Müsavat Partiyası rəhbər şəxslərinin və funksionerlərinin siyahısını açıqlamışdı.

Ölkəpress.com


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Eylül 2024    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi