olkepress.com
olkepress.com

Abidin Fərzəliyev iqtidara təzyiq üçün sakinlərini Kremlə göndərir - PUTİNƏ MÜRACİƏT - VIDEO

25-11-2019, 11:02

Abidin Fərzəliyev iqtidara təzyiq üçün sakinlərini Kremlə göndərir - PUTİNƏ MÜRACİƏT - VIDEOAbidin Fərzəliyev istisna icra başçısıdır ki, Nərimanov rayon sakinlərini Rusiya prezidenti Vladimir Putindən imdad diləməyə təhrik edir.

Beləki, illərdir Nərimanov rayonuna rəhbərlik edən A.Fərzəliyev prezident İlham Əliyevlə qohumluq əlaqələrinə malik olsa da, ölkə başçısını, Moskvanın siyasi elitasında gözdən salmaqdadı.
Söhbət gözdən əlillərə ayrılan evlərin başqalarına satılmasından sonra yerli orqanlardan əlini üzən və 9 ildir ki, problemini həll edə bilməyən insanların Putinə müraciətindən gedir.
Kainat.tv-nin məlumatına görə, A.Fərzəliyevin Rusiya dövləti tərəfindən ordenlə təltif olunması faktını əldə əsas tutan gözdən əlillər V.Putin məktub yazaraq bu şəxsin kimliyini rus prezidentin nəzərinə çatdırmaq istəyiblər. Bu hal isə Nərimanovun icra başçısı tərəfindən, Azərbaycan dövlətini, vətəndaşını Kremlin qabağında utancverici vəziyyətə salmaqdı.
Rusiyanın heç bir vilayət rəhbəri və ya meri öz vətəndaşını o həddə çatdırmaz ki, Trampdan yaxud Lukaşenkodan və ya Merkeldən kömək istəsinlər. Heç bir rus məmuru bunu özünə sığışdırmaz, qüruru yol verməz, dövlətini, vətəndaşını başıaşağı etməz. Ancaq Azərbaycanda A.Fərzəliyev bütün qırmızı xətləri tapdalayaraq gözdən əlillərə tikilmiş binadan mənzilləri başqasına satıb pul qazanmağı üstün tutur, nəinki Putinə yazmağın qarşısını almağı...
Hər halda belə bir icra başçısının Bakının strateji rayonlarıdan birində rəhbər postda saxlanması prezident İ.Əliyevin də reputasiyasına pozitiv dividend gətirmir.
A.Fərzəliyev isə ölkə rəhbərliyi ilə yaxınlıqdan sui-istifadə edərək vətəndaşlarına qarşı olmazın qanunsuz işlərə imza atmaqdan çəkinmir. Nəticə isə göz qabağındadır - biçarə gözdən əlil Putinə üz tutur.
Bu problemin həm də bir mənəvi tərəfi var. İstərsə Nərimanov icra başçısı ola, istərsə həmin binadakı mənzillərin satmaqda iştirak edənlər ola, onların yaşamağa komfort evləri, şəraitləri, ailələrinin isti yuvaları var. Ancaq 7 ildir gözdən əlillər çöllərdə qalıb, həyat işığından məhrum olan bu insanlar heç olmasa mənzillərinə köçməklə bir rahatlıq tapa bilmirlər. İcra başçısı isə gözdən əlillərin evinə göz dikərək 8 milyonluq korrupsiyanı Kremlin dəhlizlərinə qədər daşıyıb. Rusiya sərhədlərini aşan bu hadisə heç də sükutla qarşılanmayacaq. Putinə çatacaq məktuba reaksiya veriləcək.
Seçkiqabağı Moskvanın əlinə sosial problemlərlə bağlı dosye verdirən A.Fərzəliyevin bu məsələyə görə siyasi rəhbərlik tərəfindən cəzalandırılacağı da gözləniləndir. Rusiya Azərbaycana təzyiq etmək üçün hər addımda bəhanə gəzir. Nərimanovun icra hakimi isə gözdən əlilləri qəbul edə, şikayətini dinləyə, problemini yoluna qoya bilərdi. Hər halda mümkün deyil ki, çıxış yolu yoxdur. Sadəcə, vətəndaşlara qarşı laqeyd münasibət, saymazlıq bu səviyyəyə gətirib çıxarıb.
Di indi, Kremlin siyasi kluarlarında Azərbaycanda gələn məktub müzakirə olunacaq və Fərzəliyev “sağ olsun” rəsmi Bakıya qarşı şimal qonşu üçün yaxşı “yem” verib. Bu, böyük siyasi xətadır və Azərbaycan hakimiyyəti tərəfindən olduqca qəzəblə qarşılanacaq.
Çünki seçkiqabağı Moskvanın onsuz da təzyiq rıçaqlarını işə salacağı istisna edilmir və bu ərəfədə gözdən əlillərin dərd-səri şimal sərhədlərini aşaraq Putinə çatır.
Amma...amma təkcə gözdən əlillərin şikayət deyil. Solmaz Talıbzadə deyir ki, Nərimanov RİH-nə illərdir təpik döyürəm. Amma nə faydası. Şahmar İbadov neçə vaxtı mənə yumaq sarıtdırır.
“Özüm də, qızım da gözdən əlilik. Böyrəyim xəstədir, şəkərim, təzyiqim var, əməliyyat olunmalıyam. Ailədə beş nəfərik, küçələrdə qalmışıq, evimiz-eşimiz yoxdur. Məni Səmiyə Şahmarın, Şahmar Səmiyənin üstünə göndərir. (RİH məmurları - red) Mənə 50 manat pul verib deyirlər ki, get. Bu 50 manat heç dərman pulu eləmir. Məni polislə hədələyir, qorxudurlar ki, bir də icra hakimiyyətinə gəlməyim. Bəs mən hara gedim? Cənab İlham Əliyev, yalvarıram kömək edin”,-deyə göz yaşları içərisində yaşlı ana imdad diləyir. Onun sözlərinə görə, Nərimanov RİH başçısının müavini Şahmar İbadov onu yola verir: “Deyirlər ki, gözlə, yaxşı olacaq. Haçana qədər gözləyək, bilmirik. Nə qədər gözlmək olar? Onlar bu vəziyyətə düşsəydilər gözləməzdilər”. Bax belə...Fərzəliyevin zülmündən və özbaşınalıqlarından cana doymuş insanlar dünyaya car çəkirlər.
İndi Rusiya mediası da Fərzəliyevin istibdadı altında inildəyən insanların dərdini işıqlandırsa, artıq icra başçısı Azərbaycana nə boyda pislik etdiyini anlayacaq.

Ölkəpress.com


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Eylül 2024    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi