olkepress.com
olkepress.com

Almaniyada həbs edilənlərdən biri Mədət Quliyevin işdən qovduğu rəisdir

14-11-2019, 16:05

Almaniyada həbs edilənlərdən biri Mədət Quliyevin işdən qovduğu rəisdirDünən Almaniyada siyasi mühacir alverinə görə həbs edilən Elçin Əkbərov barəsində bundan öncə də Azərbaycan mediasında qalmaqallı yazılar yayımlanıb.

Qafqazinfo-nun verdiyi xəbərə görə, Penitensiar Xidmətin 9 və 14 saylı cəzaçəkmə müəssisələrində rəis işləyən E.Əkbərov polis mayoru olan qardaşı Mahir Əkbərovla bağlı gündəmə gəlmişdi.
M.Əkbərov Binəqədi Rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Şöbəsinin rəisi olmuşdu. Onun arvadı Leyla Əkbərova isə bir neçə nəfərdən saxta sənəd düzəltməklə vəzifəyə təyin etmək adı altında 100 min manatdan çox pul alıb mənimsəmişdi. Məhkəmə L.Əkbərovanı 9 il müddətinə azadlıqdan məhrum etdi.
Həmin zaman zərərçəkən tərəf bu işləri Mahir Əkbərovun etdiyini iddia edirdi: “95 saylı orta məktəbdə müəllimə işləyən Leyla Əkbərova, Mahir Əkbərovun qardaşı Elçin Əkbərov vasitəsilə xaricə qaçmaq istəyirdi, istintaqın çağırışlarına da gəlmirdi. Onun xarici pasportunun vaxtı bitdiyi üçün “ASAN” xidmətdə pasportunu dəyişdirəndə saxlamışdılar”.
Mahir Əkbərova 2014-cü ildə keçmiş Daxili İşlər naziri Ramil Usubov tərəfindən töhmət elan edilib. Binəqədi RPİ-dən çıxarılandan sonra Nizami rayonunda Cinayət Axtarış İdarəsinin baş əməliyyat müvəkkili olub, bir müddət sonra isə polis orqanlarından xaric edilib.
Bu işdə Mahir və Elçin Əkbərovların anası, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Xətai rayon İdarəsində şöbə rəisi işləmiş Nigar Əkbərovanın adı hallanıb. O, həm istintaqda, həm də məhkəmədə şahid kimi ifadə vermişdi. O, əvvəllər Şərur rayon Təhsil Şöbəsinin rəhbəri olub.

Ölkəpress.com


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Eylül 2024    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi