olkepress.com
olkepress.com

AntiAzərbaycançı Aqil Hüseynovun əsl siması

24-12-2019, 10:49

AntiAzərbaycançı Aqil Hüseynovun əsl simasıÖlkəmizin dinamik güclənməsi, uğurlu inkişafı hər gün artmaqdadır. Ölkə boyu gedən islahatlar, reformalar ölkəmizə yeni nəfəs, yeni güc gətirib. Azərbaycanın bütün bölgələrində yeni, müasir tələblər baxımından standartlara cavab verən infrastruktur yaradılıb.

Hər gün daha da çiçəklənən ,iqtisadi və sosial cəhətdən qüdrətlənən ölkəmizdə İlham Əliyev cənablarının apardığı uğurlu və qətiyyətli siyasəti nəticəsində Azərbaycan regionun aparıcı dövlətlərindən birinə çevrilib. Bu gün Azərbaycan regionda müstəqil və düşünülmüş şəkildə özü öz taleyini müəyyən edir. Ölkə başçısının uğurlu daxili və xarici siyəsti nəticəsində Azərbaycan nəinki regionda, bütün dünyada iqtisadi inkişaf sürətinə görə böyük tarixi uğurlara imza atıb.
TANAP - Trans-Anadolu, Cənub Qaz Dəhlizi və digər böyük layihələr ölkəmizin tarixi uğurlarıdır. TANAP təkcə region üçün deyil, həmçinin bütün Avropa üçün əhəmiyyətli global bir layihədir. Ölkəmiz siyasi, demokratik müstəvidə də kifayət qədər uğurlar qazanıb. Əldə olunan bütün bu naliyyətlərin kökündə xalq-hakimiyyət birliyi dayanır. Xalq öz liderinə güvənir, onu dəstəkləyir və onun ardınca gedir..!
Amma, təəssüf ki, günümüzdə ölkəmizin tarixi uğurlarına sevinmək əvəzinə, ona və dövlətimizə xəyanət edənlər də vardır. Belələrinə xüsusi ilə radikal müxalifət düşərgələrində rast gəlmək mümkümdür. Artıq xalqdan bütün dəstəyini itirmiş bu radikal müxalif ünsürlər, öz siyasi hədəflərinə çatmaq üçün bütün qanunsuz, qeyri-etik yollara baş vurmaqdadırlar.
Belələrindən birinə ən gözəl nümunə, ölkəsini, milli və mənəvi dəyərlərini sataraq Avropaya sığınmış Aqil Yaşar oğlu Hüseynovdur.
Bu saxtakar həkim Azərbaycanda olduğu vaxtlarda da öz dələduz fəaliyyəti ilə Hacizadə Şahin İsmayıl oğlunu aldadaraq onun külli miqdarda pulunu mənimsəyib. Hazırda Almaniyada özünə oturum qazanıb gəncləri rüşvət yolu ilə Almaniyaya həvəsləndirir və rahat həyat vəd edir. Heç şübhəsiz ki, onun başqa vətəndaşlara qarşı da dələduzluğu istisna edilmir. Artıq bu faktlar hüquq-mühafizə orqanlarının nəzarətindədir.
Bu şəxs həmçinin Avropada erməni lobbisinin maraqlarına xidmət göstərən, DAS təşkilatının sıralarında çirkin fəaliyyətini davam etdirir. Özünü bu təşkilatın təsisçilərindən biri kimi qələmə verən bu ünsür, Avropada ölkəmizə qarşı aparılan bütün qarayaxma kampaniyalarının ön sıralarında durur. Bu şəxs həmçinin Elşad Abdullayev kimi cinayətkar dələduzların "vəkili" rolunda da çıxış edir. Fəaliyyəti dayandırılan Azərbaycan Beynəlxalq Universitetində dələduzluq və cinayət faktlarını, yalanlarla ört-bastır edərək, doğru olmayan ictimai rəy yaratmağa çalışır...
Heç sübəsiz ki, onun riyakar niyyəti artıq hamıya məlumdur.
Aqil Hüseynovun facebook şəbəkəsindəki fəaliyyəti isə bu şəxsin əsl simasıdan xəbər verir. Onun bu çirkin fəaliyyəti artıq bütün hüquq, etik, əxlaq normaların necə tapdaladığının açıq, aşkar sübutudur. Onun fəaliyyətinə nəzər saldıqda aydın olur ki, bu şəxsin kirli təfəkkürünün məhsulu olan böhtanlar, təhdidlər və hədələr bir başa ölkə başçımızın imicinə və onun fəaliyyətinə qarşı yönəlib. Milli və mənəvi kimliyini unutmuş bu ünsür, heç bir hüquq tanımadan açıq şəkildə dövlətimizə qarşı müharibə elan edib.
Şübhəsiz, bütün bunlar onun mənsub olduğu Anti Azərbaycan dairələrinin sifarişidir. Artıq belə vətən xainlərinin hüquq qarşısında cavab verməyinin tam zamanıdır. Belə ki, bu yaxınlarda öz təhqirləri, dövlət əleyhinə çağırışları ilə fərqlənən bəzi ünsürlər artıq qanun qarşısında cavab verməkdədirlər. Onların Avropa ölkələrində oturaraq, ölkə rəhbərinə qarşı təhqir, böhtan və hədyanlar səsləndirməsi onları məsuliyyətdən azad etməyəcəkdir. Xüsusi ilə də Aqil Hüseynovun Facebook səbəkəsində ölkə rəhbərinə qarşı cinayət xarakterli təhqir və böhtanlarla dolu fəaliyyəti cavabsız qalmamalı, bu fakt hüquq-mühafizə orqanları tərəfindən ciddi şəkildə araşdırılmalı, onun haqqında lazımi hüquqi tədbirlər görülməlidir.

Ölkəpress.com


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Eylül 2024    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi