olkepress.com
olkepress.com

Qusarda 8 nəfər “Rollton”dan zəhərləndi

16-12-2019, 13:21

Qusarda 8 nəfər “Rollton”dan zəhərləndiBu gecə Qusar rayonunda daha bir ailəvi zəhərlənmə hadisəsi baş verib.

“Qafqazinfo”ya istinadən xəbər veririk ki, dekabrın 15-i saat 22 radələrində Qusar şəhər sakinləri, 1972-ci il təvəllüdlü Zaryat Mövlanova, onun 12 yaşlı oğlu Zamir və onlara qonaq gəlmiş, 1967-ci il təvəllüdlü Xəyalə Nuraliyeva evdə yedikləri “Rollton” supundan zəhərləniblər.
Zəhərlənən şəxslər dekabrın 16-ı gecə saat 01 radələrində xəstəxanaya müraciət ediblər, hazırda vəziyyətləri yaxşıdır. Faktla bağlı araşdırma aparılır.
Səhiyyə Nazirliyindən Unikal.org-a verilən məlumata görə, Qusarın Qələcuq kəndindən qida zəhərlənməsi ehtimalı ilə bir ailənin 8 üzvü Qusar Mərkəzi Rayon Xəstəxanasına gətirilib.
Xəstələrə lazımi tibbi yardım göstərildikdən sonra evə buraxılıblar.

Ölkəpress.com


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Eylül 2024    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi