olkepress.com
olkepress.com

Yaşar Nurinin qızı: "Restoranlarda oxuyub, pul qazanıram" VİDEO

30-04-2020, 22:10

Yaşar Nurinin qızı: "Restoranlarda oxuyub, pul qazanıram" VİDEOXalq artisti Yaşar Nurinin müğənni qızı Ülkər heç kimin gözləmədiyi açıqlamalar verib.

SİA-nın məlumatına görə, o, özü haqda ilginc etiraflar edib: “Bir çoxları haqqımda deyir ki, atam yaşasaydı açıq-saçıq geyinməzdim. Amma bu çox yalnış fikirdir. Mən müğənniyəm. Hər zaman özümə baxmalıyam. Başımı aşağı salıb, işimlə məşğulam. Restoranlarda oxuyub, pul qazanıram. Anama da mən baxıram. Maddi durumum elə də yaxşı deyil. Balaca mənzildə yaşayıram. Kiçik sahəli bağ evim var. O, da təmirsizdir. Maşınım belə yoxdur. Onu da qeyd edim ki, əksəriyyət deyir ki, Yaşar Nurinin qızının imkanla bir şəxslə əlaqəsi var. Bu çox gülüncdür. Çünki maddi durumum göz qabağındadır. Bəziləri kimi yeni tikili binalarda evim yoxdur. Bir sözlə bəziləri hər bir hərəkətimi müzakirə edərək, lazımsız sözlər danışırlar. Anlamırlar ki, mən sənətçiyəm. İnsanları əyləndirmək üçün rəqs də edə bilərəm. Yoxsa hər dəfə “Yaşar Nurinin qızı belədir, elədir” deyib, atamın adını hallandırmaq lazım deyil. Mənim heç kimlə işim yoxdur. Heç kimin ailəsini dağıtmıram, yalvarmıram. Amma ola bilsin ki, nə vaxtsa, qarşıma imkanlı bəy çıxsın. Bir-birimizi sevək və mənə dəstək olsun. O zaman həmin şəxsin maddi və mənəvi köməyini qəbul edərəm”.

Ölkəpress.com



XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Eylül 2024    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi