olkepress.com
olkepress.com

Elzadan həmkarlarına şillə kimi sözlər: “Naxələf, yeyib itirənlər, günlərlə dişlərini yumayanlar...” - VİDEO

29-04-2020, 13:28

Elzadan həmkarlarına şillə kimi sözlər: “Naxələf, yeyib itirənlər, günlərlə dişlərini yumayanlar...” - VİDEO“Səmimiyyətdən başları çıxmayanlar, mənasını bilməyənlər efirdə insanlara dərs keçirlər”.

Ölkəpress.com xəbər verir ki, bunu Əməkdar artist Elza Seyidcahan ARB TV-də yayımlanan “Söhbət var” axşam şousunda deyib.
Sənətçi bəzi həmkarlarını özünəməxsus şəkildə savadsız və mədəniyyətsiz adlandırıb:
“Bir-birini öpüb, qucaqlayan müğənnilərin karantində ağızlarına bir söz düşüb: “Kişilər çox öpüşür”. Bəzi müğənnilərə notlardan dərs desəm, onlar allergiya olar. Başlarına böyük bir antena taxmalıdırlar ki, ürəklərindəki virusları qova bilsinlər.
“Naxələf, yeyib itirənlər, “net” ilə “da”nı bilməyib, rus dilində danışan, günlərlə dişlərini yumayanlar, köstəbək şou-biznes nümayəndələri, bu dərsimin növbəti hissəsi gələn dəfə olacaq”.
Qeyd edək ki, bir müddət öncə meyxanaçı Vüqar Əbdulovun “5/5” axşam şousunda dilə gətirdiyi “Elza şeir yazmasın. O, şeir yaza bilmir. Bir də görürsən, girir şeirlərin içinə “ana qaz, ananas”... Etmə belə, başına dönüm sənin, Elza!” kəlmələrindən sonra ikili arasında qalmaqal yaşanıb.



XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Eylül 2024    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi