olkepress.com
olkepress.com

Xalq artisti küçəyə çıxaraq qadağanı pozdu - VİDEO

26-03-2020, 16:53

Xalq artisti küçəyə çıxaraq qadağanı pozdu - VİDEORespublika ərazisində koronovirusla mübarizə çərçivəsində maarifləndirmə tədbirləri davam edir.

Ölkəpress.com xəbər verir ki, polis əməkdaşları paytaxt küçələrində vətəndaşlara maska, əlcək, spirt paylayır.
Bu gün Azərbaycanın Xalq artisti Arif Quliyev Nazirlər Kabineti tərəfindən qəbul edilən qaydaları pozaraq şəhərə çıxıb.
Polis əməkdaşları Xalq artistinə yaxınlaşaraq, ölkə ərazisində yayılan koronavirus təhlükəsinin yaşlı insanlara daha çox təsir edə biləcəyini xatırladıb. Ona karantin qaydaları izah edilib və evə qayıtması tövsiyə edilib.
Qeyd edək ki, Nazirlər Kabinetinin qərarına uyğun olaraq, 65 yaşdan yuxarı insanların küçəyə çıxması qadağan edilib.



XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Eylül 2024    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi