olkepress.com
olkepress.com

Məşhur qrupdan vida konserti

6-12-2023, 22:05

Məşhur qrupdan vida konserti

50 illik əfsanəvi "KİSS" qrupu son dəfə pərəstişkarlarına vida konserti verib.

Olkepress.com Lent.az-a istinadən xəbər verir ki, Amerikanın tanınmış qrupu Nyu-Yorkda canlı yayımda son dəfə “The End of the Road” adlı konserti ilə çıxış edib.

Ancaq bu onların musiqi karyerasının tam başa çatması demək deyil. Çünki onlar virtual formatda çıxış etməyə davam edəcəklər.

Enkor zamanı qrupun hazırkı heyəti - qurucu üzvləri Paul Stanley və Gene Simmons, həmçinin gitaraçı Tommy Thayer və barabançı Erik Singer rəqəmsal avatarlarını nümayiş etdirmək üçün səhnəyə çıxıblar. Bundan sonra virtual KISS “God Gave Rock” and “Roll to You” mahnısını ifa etməyə başlayıb.

Məlumdur ki, "KISS" üzvlərinin avatarları “Industrial Light & Magic” xüsusi effektlər şirkəti tərəfindən “Porhouse Entertainment Grour” ilə birgə yaradılır.

"Bizim nailiyyətlərimiz heyrətamizdir, lakin onlar kifayət deyil. Qrup yaşamağa layiqdir. Çünki o, bizdən daha çoxdur", - "KISS" solisti Pol Stenli deyib.

"Həmişə gənc və əbədi olaraq ikonik qalacağıq. Texnologiya Paulu əvvəllər bacarmadığı qədər yüksəklərə qaldırmağa məcbur edəcək.", - deyə Gen Simmons əlavə edib.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Ekim 2024    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi