olkepress.com
olkepress.com

“YouTube” azərbaycanlı kanal sahibini “Qızıl düymə” ilə mükafatlandırdı - VİDEO

13-01-2020, 14:41

“YouTube” azərbaycanlı kanal sahibini “Qızıl düymə” ilə mükafatlandırdı - VİDEOAzərbaycanda ilk dəfə bir “YouTube” kanalın sahibi şirkət tərəfindən “Qızıl düymə” (Gold Button) ilə mükafatlandırılıb.

Ölkəpress.com xəbər verir ki, bu, bir milyon izləyici sayını keçən müğənni Üzeyir Mehdizadədir. Bununla bağlı şəxsi kanalından video yayımlayan müğənni şirkətdən göndərilən “Qızıl düymə” plaketini izləyicilərinə təqdim edib.
Qeyd edək ki, “YouTube” rəhbərliyinin 2012-ci ildə verdiyi bir qərarla istifadəçilərin kanallarının izləyici sayına görə onlara müxtəlif mükafatlar verilir.
Belə ki, izləyici sayı 100 mini keçən istifadəçilərə “Gümüş düymə”, bir milyonu keçənlərə “Qızıl düymə”, 10 milyonu keçənlərə “Brilyant düymə”, 50 milyonu keçənlərə isə “Rubin düymə” hədiyyə olunur.(axşam.az)




XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Eylül 2024    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi