olkepress.com
olkepress.com

BƏƏ lideri Dağüstü parkda

8-01-2024, 22:14

BƏƏ lideri Dağüstü parkda

Olkepress.com Qafqazinfo-ya istinadən xəbər verir ki, Azərbaycanda rəsmi səfərdə olan Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Əl Nəhyan yanvarın 8-də Şəhidlər xiyabanına gələrək ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini yad edib.
Prezident Şeyx Məhəmməd bin Zayed Al Nəhyan “Əbədi məşəl” abidəsinin önünə əklil qoyub.
Sonra Bakının ən hündür nöqtəsindən paytaxtımızın mənzərəsini seyr edən Birləşmiş Ərəb Əmirliklərinin Prezidentinə Şəhidlər xiyabanının tarixi və şəhərdə görülən abadlıq-quruculuq işləri barədə məlumat verilib.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Nisan 2025    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi