olkepress.com
olkepress.com

ALDP də İsraildə səfirliyimizin açılmasını tələb edir

23-09-2019, 22:36

ALDP də İsraildə səfirliyimizin açılmasını tələb edirAzərbaycan Liberal demokrat Partiyasının (ALDP) sədri Fuad Əliyev Sədr Aparatının iclasını keçirib. İclasda ictimai-siyasi vəziyyət, dekabrda keçiriləcək bələdiyyə seçkiləri, Ermənistanın İsraildə səfirlik açmaq fikri və bəzi təşkilatı məsələlər müzakirə olunub.

Sədr Aparatının üzvləri müzakirələrdən sonra partiyanın bələdiyyə seçkilərində iştrakının məqsədəuyğun olmadığını qeyd etdilər.

Ancaq partiyanın üzvlərinə bələdiyyə seçkilərində fərdi qaydada iştiraka məhdudiyyət qoyulmadığı da vurğulandı.

Daha sonra Ermənistanın İsraildə səfirliyini açmaqda israrlı olması məsələsi müzakirə olundu. ALDP sədri Azərbaycanın İsraildə səfirliyinin açılmamasının diplomatik qaydalarına zidd olduğunu qeyd etdi: “Necə olur ki, İsrail dövlətinin Azərbaycanda səfirliyi fəaliyyət göstərir, amma Azərbaycan Tel-Avivdə səfirlik açmayıb? Niyə? Kimdən qorxuruq? Kimdən çəkinirik? Hansı məntiqlə Mərakeşdə, Cənubi Afrika Respublikasında, Kubada bizim səfirliklər açılıb, amma İsraildə açılmayıb? İsrail birmənalı olaraq Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib. Ermənistanın İranla sıx əməkdaşlığı var, indi isə İsraildə səfirlik açmaq niyyətindədirlər. Bu da İsrail-Ermənistan əməkdaşının möhkəmlənməsinə gətirib çıxardacaq. Dünyada söz sahibi olan, Azərbaycana dəstək verən İsrailin bizə qarşı olan müsbət mövqeyini dəyişə bilər. Azərbaycan İsraillə böyük strateji əlaqələr qurub. Bu əlaqələri və digər məsələləri nəzərə alaraq İsraildə səfirliyin açılması düzgün addım olardı. Bu gecikmiş addımın atılmasın vaxtıdır”.

Daha sonra ALDP-nın müttəfiqi olan İraq Türkməneli Partiyasının sentyabrın 24-dı keçirəcəyi Qurultayla bağlı təbrik məktubu qəbul olundu.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Eylül 2024    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi