olkepress.com
olkepress.com

Firdovsi Umudovun “Camal, kişisən” sözü Rusiyada yaddaqalan görüntü oldu - VİDEO

11-09-2020, 21:04

Firdovsi Umudovun “Camal, kişisən” sözü Rusiyada yaddaqalan görüntü oldu - VİDEO“Instagram”da Rusiyanın məşhur “Wrestling_Russia” səhifəsi sərbəst güləş üzrə Azərbaycan yığmasının sabiq böyük məşqçisi Firdovsi Umudova aid görüntüləri paylaşıb.

Səhifə məşqçinin 2015-ci ildə ABŞ-ın Los-Anceles şəhərində keçirilən Dünya Kubokunda III yer uğrunda rusiyalı döyüşçü ilə gərgin mübarizədə keçən görüşündən həyəcanlı anlarını yayımlayıb.

Video “Güləş üzrə məşqçi ilə ancaq güllə atıcılığı məşqçisi mübahisə edə bilər” başlığı ilə paylaşılıb.

Qeyd edək ki, sözügedən Dünya Kuboku yarışında sərbəst güləş üzrə Rusiya və Azərbaycan pəhləvanlarının qarşılaşması baş tutub. III yer uğrunda görüşdə sərbəst güləşçilərimizdən ibarət yığmamızın üzvü Camaləddin Məhəmmədovun rəqibi Timur Kotsoyev üzərində yalnız böyük xal üstünlüyü ilə təmiz qələbəsi ölkəmizi Dünya Kubokunun üçüncüsü edə bilərdi.

Ermənilərin də Rusiyanı dəstəklədiyi həmin qarşılaşmada C.Məhəmmədov 12:1 hesablı qələbə ilə komandamıza bürünc medalları qazandırıb. Firdovsi Umudovun “Camal, kişisən” (“Camal, mujçina”) sözü isə həmin Dünya Kubokunun yadda qalan görüntülərindən olub.

Ölkəpress.com



XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Eylül 2024    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi