olkepress.com
olkepress.com

Daha bir cüdoçumuz Avstraliyada medal qazandı

4-11-2019, 21:32

Daha bir cüdoçumuz Avstraliyada medal qazandıAvstraliyanın Pörs şəhərində keçirilən cüdo üzrə Okeaniya açıq turnirində Azərbaycan millisi aktivinə daha bir medal yazdırıb

Ölkəpress.com xəbər verir ki, beynəlxalq yarışın ikinci günü cüdoçumuz Murad Fətiyev bürünc medala sahib olub. 81 kq çəki dərəcəsində mübarizə aparan Murad bürünc medal uğrunda görüşdə İtaliya təmsilçisi Andrea Reqisə qalib gələrək üçüncü yeri tutub.
Qeyd edək ki, Avstraliyada 66 ölkədən 310 cüdoçu mübarizə aparıb. Ölkəmiz beynəlxalq yarışda doqquz cüdoçu ilə təmsil olunub.
Xatırladaq ki, turnirin ilk günü Nicat Şıxəlizadə komandamıza gümüş medal qazandırıb. Tokio Olimpiya Oyunlarına lisenziya xarakteri daşıyan Okeaniya açıq turnirində uğur əldə edən Nicat Şıxəlizadə və Murad Fətiyev aktivinə vacib xallar yazdırıb.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Nisan 2025    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi