olkepress.com
olkepress.com

Azad Rəhimov 10 ölkəyə ekspert yardımı etməyi təklif edib

1-11-2019, 09:53

Azad Rəhimov 10 ölkəyə ekspert yardımı etməyi təklif edibAzərbaycan Respublikasının Gənclər və İdman naziri Azad Rəhimov dopinq proqramlarının beynəlxalq standartlara uyğun olmayan 10 ölkəyə ekspert yardımını göstərməyə hazır olduğunu bildirib.

Ölkəpress.com xəbər verir ki, A.Rəhimov bu fikirləri Parisdə 29-31 oktyabr tarixlərində keçirilən BMT-nin Təhsil, Elm və Mədəniyyət Təşkilatının (UNESCO) 7-ci sessiyasında səsləndirib. Təklif müxtəlif ölkələr tərəfindən müsbət qarşılanaraq, çox yüksək dəyərləndirilib. Sessiyada müxtəlif ölkələrin idman strukturlarının rəhbərləri, beynəlxalq idman təşkilatlarının və digər qurumların nümayəndələri iştirak edib.
Səfəri çərçivəsində A.Rəhimov UNESCO-nun baş direktorunun Humanitar və Sosial elmlər üzrə müavini Nada əl-Naşif, Ümumdünya Anti Dopinq Agentliyinin (WADA) yeni seçilmiş prezidenti, Polşanın İdman və Turizm naziri Vitold Banka, Avropa Şurasının İdman Konvensiyalarının direktoru Sergey Xriçikov, Rusiya Federasiyasının İdman naziri Pavel Kolobkov, Səudiyyə Ərəbistanı şahzadəsi Fahad bin Calavi əl-Saud və digərləri ilə bir sıra ikitərəfli görüşlər keçirib.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Nisan 2025    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi