olkepress.com
olkepress.com

Hacı Əliyev karyerasını başa vurdu

11-08-2024, 23:38

Hacı Əliyev karyerasını başa vurdu

Azərbaycanın sərbəst güləşçisi Hacı Əliyev (65 kq) karyerasını sonlandırıb.

Bu barədə pəhləvan özü sosial şəbəkə hesabında bildirib.

O, paylaşdığı yazıya “Bu da son!” adlı başlıq verib.

“Əziz doğma xalqım. Artıq uzun illərdir ki, çoxlu qələbələr gətirmişəm və hər dəfə qələbə qazanıb bayrağımız ən zirvələrə qaldırmaq və himnimizi səsləndirmək mənim üçün böyü şərəf olub. Qazandığım qələbələr tək mənim yox, Azərbaycan xalqının qələbəsi olub. Mənə bu günə qədər dəstək olan hər kəsə öz təşəkkürümü bildirirəm”, – H.Əliyev qeyd edib.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Eylül 2024    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi