olkepress.com
olkepress.com

Azərbaycan boksçusu ilk medalı təmin edib

1-08-2024, 23:40

Azərbaycan boksçusu ilk medalı təmin edib

Azərbaycanın boks millisinin üzvü Alfonso Dominges bu gün Paris-2024 Yay Olimpiya Oyunlarında 1/4 final döyüşünə çıxıb.

Olkepress.com Apasport.az-a istinadən xəbər verir ki, 92 kq. çəki dərəcəsində yarışan milliləşdirilmiş kubalı idmançı Qazaxıstanı təmsil edən Aybek Oralbayla qarşılaşıb. A.Dominges 2021-ci ilin dünya çempionu, Aybek Oralbay 2022-ci ilin Asiya çempionudur. Dominges Tokio-2020 Yay Olimpiya Oyunlarında bürünc medal da qazanıb.

Bu görüşdə rəqibinə qalib gələn Dominges yarımfinala çıxaraq ən azı bürünc medalı təmin edib.

Qeyd edək ki, A.Dominges Paris-2024-ə 1/8 finaldan başlayıb. Dominges bu yarışın favoritlərindən olan, Rio-2016 və Tokio-2020 Olimpiya Oyunlarının qalibi, eləcə də beşqat dünya çempionu Xulio Sesar Krusa qalib gəlib.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Eylül 2024    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi