olkepress.com
olkepress.com

17 yaşlı türk futbolçu Premyer Liqa klubunda

4-01-2024, 23:36

17 yaşlı türk futbolçu Premyer Liqa klubunda

Türkiyənin “Sivasspor” klubunun futbolçusu Yunus Emre Konak karyerasını İngiltərədə davam etdirəcək.

Olkepress.com Qafqazinfo-ya istinadən xəbər verir ki, 17 yaşlı yarımmüdafiəçi “Brentford”a keçib. Bu barədə insayder Ertan Süzgün məlumat yayıb.

Premyer Liqa təmsilçisi gənc futbolçu üçün Sivas təmsilçisinə 5 milyon avro və əlavə bonuslar ödəyəcək.

Qeyd edək ki, Yunus Emre Konak “Sivasspor”un yetirməsidir. Müdafiəçi bu mövsüm əsas komandanın heyətində Superliqada meydana çıxdığı 17 rəsmi matçda 1 qol ötürməsi ilə yadda qalıb.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Eylül 2024    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi