olkepress.com
olkepress.com

İsveçrədə dərman qıtlığı yaşanır

14-02-2023, 08:29

İsveçrədə dərman qıtlığı yaşanır

Hazırda İsveçrədə dərman çatışmazlığı mövcuddur.

Bunu “PharmaSuisse” cəmiyyətinin prezidenti Martina Ruqli bəyan edib.

O bildirib ki, tibbi sığorta ilə təmin olunan bütün dərmanların təxminən yeddi faizi ölkədə mövcud deyil.

Ruqlinin sözlərinə görə, çatışmazlıq antibiotiklər, ağrıkəsicilər, yüksək təzyiqə qarşı dərmanlar, həmçinin depressiya və epilepsiya vasitələrinə aiddir.

“PharmaSuisse” rəhbəri qıtlığı koronavirus pandemiyası zamanı Çin və Hindistandan dərmanların aktiv maddələrinin tədarükünün pozulması ilə izah edib.

O, qeyd edib ki, əhalinin tez-tez soyuqdəymə ilə xəstələndiyi mövsümdə bu çatışmazlıq problemə çevrilə bilər.

Mənbə: gazeta.ru


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Ekim 2024    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi