olkepress.com
olkepress.com

Ermənistanda keçmiş nazir müavini saxlanıldı

31-01-2024, 23:45

Ermənistanda keçmiş nazir müavini saxlanıldı

Ermənistanın iqtisadiyyat nazirinin keçmiş müavini Ani İspiryan hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən aparılıb.

Olkepresss.com Qafqazinfo-ya istinadən xəbər verir ki, bunu Ermənistanın iqtisadiyyat nazirinin mətbuat katibi Astgik Sarkisyan bildirib.

O, əlavə edib ki, hüquq-mühafizə orqanlarının əməkdaşlarının onu hansı statusda apardığı məlum deyil:

“Faktla bağlı araşdırmalar aparılır. Biz korrupsiyaya qarşı mübarizəni son dərəcə vacib hesab edirik, lakin təqsirsizlik prezumpsiyasını rəhbər tuturuq”.

Xatırladaq ki, daha əvvəl Ermənistan İqtisadiyyat Nazirliyi istintaq hərəkətlərinin aparıldığını bildirmişdi.

Erməni KİV Ani İspiryan və digər şəxslərin həbsi ilə bağlı məlumat yayıb.

Qeyd edək ki, Ermənistanın Baş naziri Nikol Paşinyanın ötən gün imzaladığı qərarı ilə Ani İspiryan nazir müavini vəzifəsindən azad edilib.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Ekim 2024    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi