olkepress.com
olkepress.com

“İndiki ağlım olsaydı, o “masa”ya geri qayıtmazdım”

10-12-2023, 23:45

“İndiki ağlım olsaydı, o “masa”ya geri qayıtmazdım”

“İndiki ağlım olsaydı, o “masa”ya geri qayıtmazdım”.

Olkepress.com Qafqazinfo-ya istinadən xəbər verir ki, bunu Türkiyənin İYİ Partiya sədri Meral Akşener jurnalistlərə açıqlaması zamanı bildirib.

Akşener zamanında “altılı masa”ya döndüyü üçün peşman olduğunu vurğulayıb.

"Dost 6 nəfər oturmuşduq. Prezident seçkiləri üçün namizədin seçilmə üsulu barədə danışacaqdıq. Nəticə etibarı ilə 5 dostumuz Kamal bəyin (Kamal Kılıçdaroğlu) adını verdi. İstədiyimiz 2 nəfərin adını çəkdim dedim ki, yaxşı Kamal bəyin də adı qalsın, başqaları varsa, onların da adı çəkilsin. Əli Babacan dedi ki, istəmirsinizsə, 5 nəfər olaraq imzalayaq, gedə bilərsiniz. Ona görə də “tamam" dedim. Sonra həm Əli Babacan, həm də cənab Davudoğlu "yox, yox" dedilər. Bundan sonra dostlarımla bu məsələni müzakirə edib icazə almaq üçün geri qayıtdım. Etdiyim hər şey açıqdır, onsuz da gizli işlə məşğul ola bilmərəm. O masanı tərk etdim, amma kaş qayıtmasaydım. Üzr istəyirəm, kaş ki, indiki ağılda olsaydım, heç vaxt geri qayıtmazdım. Amma oldu”, - deyə Akşener qeyd edib.

Xatırladaq ki, mart ayında “altılı masa”da prezident seçkilərinə vahid namizədin müəyyən edilməsi ilə bağlı müzakirələr keçirilmişdi. 5 partiya namizəd olaraq Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Kamal Kılıçdaroğlunu təklif etmişdi. Bu partiyalar Kılıçdaroğlunun namizədliyini dəstəkləsə də, İYİ partiya Ankara Böyük şəhər Bələdiyyəsinin sədri Mansur Yavaş və İstanbul Böyük şəhər Bələdiyyəsinin sədri Əkrəm İmamoğlunun namizədliyini irəli sürmüşdü. Bu səbəbdən də Akşener “altılı masa”nı tərk etmiş, sonra isə yenidən geri qayıtmışdı.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Ekim 2024    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi