olkepress.com
olkepress.com

Fikrət Nuşiyev Göyçayda sakinlərin səyyar qəbulunu keçirib

6-08-2024, 19:54

Fikrət Nuşiyev Göyçayda sakinlərin səyyar qəbulunu keçiribBu gün Göyçay rayonunda Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 16 saylı Ucar ərazi idarəsinin Göyçay rayon İcra Hakimiyyəti ilə birgə təşkil etdiyi vətəndaş qəbulu qrafikinə əsasən növbəti dəfə rayonun Alpoud, Bəydövül, Mırtı və Şəkər kənd sakinlərinin səyyar qəbulu keçirilib.

Qəbulda 16 saylı Ucar Ərazi idarəsinin rəisi Fikrət Nuşiyev, Göyçay rayon İcra Hakimiyyəti başçısı aparatının Ərazi İdarəetmə Orqanları ilə iş şöbəsinin müdiri Yusif Cəbrayılov, qeyd olunan kəndlərin İcra nümayəndələri və bələdiyyələri iştirak edib.

Qəbul zamanı rayonun adları qeyd olunan kənd sakinlərinin daşınmaz əmlaklarının hüquqlarının qeydiyyata alınması, islahat zamanı ayrılmış pay torpaq sahələrinin elektron uçot xəritələrinə əsasən sərhədlərinin dəqiqləşdirilməsi, yaranmış uyğunsuzluqların aradan qaldırılması ilə bağlı cənab Prezidentin 818 və 1455 saylı Fərmanlarına istinadən icrasının təmin olunması və digər aidiyyatı məsələlərlə bağlı qanunvericiliyin tələblərinə əsasən müraciətlər qeydə alınıb və həlli üçün nəzarətə götürülüb.
Fikrət Nuşiyev Göyçayda sakinlərin səyyar qəbulunu keçirib
Fikrət Nuşiyev Göyçayda sakinlərin səyyar qəbulunu keçirib
Fikrət Nuşiyev Göyçayda sakinlərin səyyar qəbulunu keçirib


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Eylül 2024    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi