olkepress.com
olkepress.com

Qaradağda şəhid övladları üçün Yeni il şənliyi keçirilib

28-12-2023, 23:22

Qaradağda şəhid övladları üçün Yeni il şənliyi keçirilib

Dekabrın 28-də Qaradağ rayonunda şəhid, qazi ailələri, fiziki məhdudiyyətli və aztəminatlı ailələrin övladları üçün Yeni il şənliyi təşkil olunub.

Olkepress.com Qafqazinfo-ya istinadla xəbər verir ki, tədbirdə Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov, Milli Məclisin deputatları Aydın Hüseynov, Səbinə Xasayeva, YAP Qaradağ rayon təşkilatının sədri Qafar Əliyev, Şura üzvləri iştirak edirdi.

Tədbiri giriş sözü ilə açan Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov şəhid və qazi ailələrini qarşıdan gələn 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi günü və Yeni 2024-cü il münasibəti ilə təbrik edərək, ölkə başçısının uşaqlara olan diqqət və qayğısından söz açıb. 2023-cü ilin yaddaşımızda ən uğurlu il olduğunu, bir sutkalıq lokal antiterror əməliyyatı nəticəsində Azərbaycanın suverenliyi və ərazi bütövlüyünün tam təmin olunduğunu bildirib. Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin 15 oktyabr tarixində Xankəndində və ətraf ərazilərdə Azərbaycan Dövlət Bayrağını yüksəltdiyini qeyd edib.

Tədbirdə çıxış edən millət vəkilləri Aydın Hüseynov, Səbinə Xasayeva və YAP Qaradağ rayon təşkilatının sədri Qafar Əliyev ənənə halını almış, bayramdan öncə şəhid və qazi ailələri ilə görüşlərin müsbət hal olduğunu vurğulayaraq, onların sosial məsələlərinin daim ölkə rəhbərinin nəzarətində olduğundan bəhs ediblər.

Tədbir Yeni il şənliyi ilə davam edib.
Qaradağda şəhid övladları üçün Yeni il şənliyi keçirilib
Qaradağda şəhid övladları üçün Yeni il şənliyi keçirilib
Qaradağda şəhid övladları üçün Yeni il şənliyi keçirilib
Qaradağda şəhid övladları üçün Yeni il şənliyi keçirilib
Qaradağda şəhid övladları üçün Yeni il şənliyi keçirilib
Qaradağda şəhid övladları üçün Yeni il şənliyi keçirilib
Qaradağda şəhid övladları üçün Yeni il şənliyi keçirilib


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Ekim 2024    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi