olkepress.com
olkepress.com

Müalicə üçün Təbrizə gedən ailə ölkəyə qayıda bilmir... - Yeni rəsmi açıqlama

4-12-2023, 23:46

Müalicə üçün Təbrizə gedən ailə ölkəyə qayıda bilmir... - Yeni rəsmi açıqlama

Azərbaycan Respublikasından Təbrizə övladlarını müalicə üçün aparan və ölkəyə geri qayıda bilməyən, Elgölü parkında çadırda qalan ailə ilə Baş konsulluğumuz təmasdadır.

Olkepress.com Yenipress.az-a istinadən xəbər verir ki, bunu APA-ya Xarici İşlər Nazirliyinin Mətbuat Xidməti idarəsinin rəisi Ayxan Hacızadə deyib.

O bildirib ki, sözügedən ailənin Azərbaycan Respublikasına quru yolu ilə girişinə müvafiq icazə verilsə də, onlar hələ müalicənin davam etdiyini bildiriblər.

Qeyd edək ki, bir sıra Teleqram kanallarında Azərbaycan Respublikasından Təbrizə övladlarını müalicə üçün aparan ailənin ölkəyə geri qayıda bilməməsi və Elgölü parkında çadırda qalması ilə bağlı xəbərlər yayılıb. Xəbərin yayılmasından sonra təbrizlilər ailəyə yardım etmək üçün Elgölü parkına gediblər. Ailənin yanına gedən təbrizlilərin sözlərinə görə, hadisə şişirdilib, tələsik yayılan məlumat sonradan dəqiqləşdirilməyib. Təbrizli sosial media istifadəçilərinin noyabrın 27-si səhər saatlarında Elgölü parkına getməsi nəticəsində məlum olub ki, Azərbaycanın Təbrizdəki baş konsulluğu ailəni iki gün əvvəl Elgölü parkından konsulluğa aparıb.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Ekim 2024    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi