olkepress.com
olkepress.com

Ana südünün fayda və əhəmiyyəti ilə bağlı maarifləndirmə tədbiri keçirilib - FOTOLAR

26-07-2024, 22:02

Ana südünün fayda və əhəmiyyəti ilə bağlı maarifləndirmə tədbiri keçirilib - FOTOLARAzərbaycan Respublikasının Qeyri- Hökumət Təşkilatlarlna Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “Uşaqların Gələcəyi Naminə” İctimai Birliyi “Uşaqların və anaların gələcək sağlamlığı - ana südü” layihəsi çərçivəsində Suraxanı rayonu, Bülbülə qəsəbəsi 24 saylı Şəhər Xəstəxanasında tədbir keçirib.

Olkepress.com xəbər verir ki, tədbiri açan “Uşaqların Gələcəyi Naminə” İctimai Birliyinin sədri Könül Quliyeva öncə belə aktual mövzulu layihələrə maliyyə yardımı göstərdiyinə görə QHT-lərə Dövlət Dəstəyi Agentliyinin rəhbərliyinə, eyni zamanda tədbirin təşkilinə görə adıçəkilən xəstəxana, o cümlədən Bakı Baş Səhiyyə Mərkəzinin rəhbərliyinə öz təşəkkürünü bildirib. O, qeyd edib ki, Ana südünün fayda və əhəmiyyəti barədə maarifləndirmə tədbirləri davamlı şəkildə olmalıdır.

Xəstəxananı baş həkimi Aynur Əliyeva, ginekoloq Aynur Quliyeva və pediatr Vüsalə Ağakişiyevanın iştirak etdiyi tədbirdə ana südünün fayda və əhəmiyyətindən bəhs edilib. Bildirilib ki, körpələrə ən vacib qida ana südüdür. Bu qida təbii vitamin qaynağıdır. Yenidoğulan körpələrin ilk altı ayı yalnız ana südü ilə bəslənməsi məsləhətlidir. Bu əvəzsiz qida ilə bəslənən körpələrdə infeksion xəstəliklər minimum müşahidə edilir. Mütəxəssislər mövzu ilə bağlı tədbir iştirakçılarının suallarını cavablandırıblar.

Sonda layihənin tərəfdaşı olan “Sağlam Ailə” Tibb Mərkəzi tərəfindən analara hədiyyələr təqdim edilib.
Ana südünün fayda və əhəmiyyəti ilə bağlı maarifləndirmə tədbiri keçirilib - FOTOLAR
Ana südünün fayda və əhəmiyyəti ilə bağlı maarifləndirmə tədbiri keçirilib - FOTOLAR
Ana südünün fayda və əhəmiyyəti ilə bağlı maarifləndirmə tədbiri keçirilib - FOTOLAR
Ana südünün fayda və əhəmiyyəti ilə bağlı maarifləndirmə tədbiri keçirilib - FOTOLAR
Ana südünün fayda və əhəmiyyəti ilə bağlı maarifləndirmə tədbiri keçirilib - FOTOLAR


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Eylül 2024    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi