olkepress.com
olkepress.com

66 yaşlı direktorun təkəbbürü

3-06-2021, 12:04

66 yaşlı direktorun təkəbbürü


Xatırladaq ki, Aktualxeber.az saytında dərc edilən “Təqaüdçü direktorun müasir korrupsiya metodları”,

“144 saylı məktəbdə “əsgərə yardım” adı altında pul yığılır”, “Təhsil idarəsi rüşvətxor direktoru müdafiə edir” başlıqlı məqalələrdə Bakının Binəqədi rayonu 144 nömrəli tam orta məktəbin direktoru Qənirə Sultanovanın qanunsuz əməlləri barədə yazmışdıq. Amma deyəsən “daydayı” güclü və pulu da çox olduğu üçün hələ də “gözün üstə qaşın var” deyilməyən Q. Sultanova müqəddəs qanunlarımızı tapdalamaqdan həzz alırmışcasına özbaşınalıqlardan əl çəkmək fikdrində deyil. Çünki daha böyük şövqlə qanunsuz əməllərinə davam edirək Təhsil Nazirliyi tərəfindən ona verilən töhməti belə vecinə almamaqdadır.

Direktorun məktəb kollektivi, şagird və valideynlərlə kobud davranışı, tutduğu anti humanist hərəkətlər, kollektivin ünvanına işlətdiyi qeyri-etik ifadələr adi hal almaqda davam edir. 01.05.1955-ci ildə anadan olmuş Qənirə xanımın vəzifədə çalışmanın yaş həddinin başa çatmasına baxmayaraq təhsil sahəsində göstərdiyi “nailiyyətlər”ə və himayədarlarına görə əmək müqaviləsi yenə də uzadılıb. Onun “Mən hələ 5 il bu məktəbdə direktor olacam. İşimi aidiyyatı instansiyalarla “həll edib” gəlmişəm” deməsindən doğan güvən hissi görəsən “kimlərə” söykənir?
Məktəbdə dərs bölgüsü, XI sinif şagirdlərinə attestatların verilməsi, ibtidai təhsil mərhələsini başa vuran V siniflərə fənlər üzrə “ən yaxşı müəllim” seçimi və X-XI sinif şagirdlərinin tədris ili boyu ərzində dərsə davamiyyətinə “göz yummaq”, sevmədiyi işçilərin haqqında şər-böhtan dolu ittihamların yazılması, aktlaşdırılması və aktın təsdiqi üçün digər işçilərə məcburi imza çəkdirməsi, həmçinin, əsasən, yuxarı sinif şagirdlərinin yeni tədris ilində “Virtual məktəb” platformasında gündəlik dərslərə qoşulmamaq üçün direktorla valideynlər arasında olan bütün “razılaşma”lar müəyyən pul qarşılığında bu gün də icra olunmaqdadır. Onun orduya dəstək üçün hər müəllimdən 100 manat olmaqla yığdığı 5 min manat vəsaitdən cəmi-cümlətani 1700 manatını əsgərlərə xərcləməsinə isə ad vermək belə olmur.
Onu da xatırladaq ki, son dəfə ictimailəşən məlum şikayətlərdən sonra məktəbə “yoxlama”adı ilə gələn BŞTİ-nin əməkdaşları – Ümumtəhsil sektorunun məsləhətçisi Tural Həsənov, Nəzarət sektorunun əməkdaşı Bakir Məmmədov Qənirə Sultanova ilə “müəyyən əsaslarla” razılığa gəliblər ki, nəticə etibarilə onun bütün qanunsuz əməllərinə göz yumulub… Çünki onlar direktorun yaxın adamları, keçmiş iş yoldaşları və konkret olaraq himayədarlarıdır. Ümidvarıq ki, Təhsil Nazirliyi yazdıqlarımızı nəzarətə götürərək daha obyektiv yoxlama təşkil edərək günahkarları cəzalandıracaqdır.
Qarşı tərəfi də dinləməyə hazırıq.

ölkəpress.com


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Haziran 2021    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi