olkepress.com
olkepress.com

Millətin gələcəyinin altına QUMBARA qoyanlar... - Nərimanovda 34 saylı məktəbin ərazisində baş verənləri Emin Əmrullayev, Abdin Fərzəliyev, Ramin Abdullayev görmür?

29-04-2021, 12:25

Millətin gələcəyinin altına QUMBARA qoyanlar... - Nərimanovda 34 saylı məktəbin ərazisində baş verənləri Emin Əmrullayev, Abdin Fərzəliyev, Ramin Abdullayev görmür?

Nərimanovda Kaveroçkin küçəsində 34 saylı məktəbin ərazisində nələr tikilmir- Belə davam eləsə kazino da tikəcəklər...

Emin Əmrullayev, Abdin Fərzəliyev, Ramin Abdullayev hara baxır ?


Azərbaycanda tikinti bumu demək olar ki, çox şeyi məhv edir. Tikinti bumu yaşıllıqları, meşələri, ağacları məhv edir, dənizləri, gölləri hasara alır. Bütün bunlar azmış kimi tikinti bumu neçə ildir xəstəxanaların həyətlərini, ərazisini zəbt edir. Axı, xəstəxanaların həyətləri, yaşıllıqları olmalıdır ki, təmiz hava olsun, xəstələr şəfa tapsın. Son illər adına tikinti bumu dediyimiz fəlakət artıq uşaqların da payına göz dikib, uşaq bağçalarını, məktəblərin ərazilərini “işğal” edirlər. Belə məktəblərdən biri də Nərimanov rayonunda yerləşən Bəhruz Sultanov adına 34 saylı tam orta məktəbdir. Son illərdə bu məktəbin geniş ərazisini kəsə-kəsə, sata-sata nələr tikmədilər ? Məktəbin ərazisində bina tikdilər, özəl bağça tikdilər, indi də otel tikirlər, hovuz tikirlər. Yəni bu işə qol qoyanlar başa düşümür ki, burada körpə uşaqlar, yeniyetmələr oxuyur. Məktəbin həyəti otel üçün yolverilməzdir. Korrupsiya, rüşvətxorluq, biznes-filan öz yerində. Amma otel tikməyə yer tapmırsınız ? Sadəcə, ayıbdır. Öz övladlarınızı, balalarınızı, qızlarınızı, nəvələrinizi düşünün. Məktəbin həyəti sizin üçün nədir ? Yəqin belə davam eləsə, birazdan məktəbin həyətində bar, kazino da tikəcəksiniz.

Görəsən, Təhsil naziri Emin Əmrullayev, Nərimanovun icra başçısı Abdin Fərzəliyev, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Ərazi Tikinti-Planlaşdırma Mərkəzi İdarə heyətinin sədri Ramin Abdullayev və digər səlahiyyət sahibləri hara baxır ?

Bu suallara cavab tapmaq üçün məsələni köklü şəkildə araşdırmaq qərarına gəldik.

Bu gün gundelik-baku.com-un reportyor qrupu məktəbin ərazisində olub, çəkilişlər aparıb.

Məktəbin rəhbərlərindən biri müxbirimizə bildirib ki, tikintini aparan Səxavət adlı şəxsdir və hörmətli şəxslərdən biri ilə şərikdir.

Məsələ ilə bağlı ilk olaraq FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin rəisi Cəbrayıl Xanlarovla əlaqə saxladıq. İnsaf naminə qeyd edək ki, qısa vaxtda nazirliyin əməkdaşları hadisə yerinə gəldilər.

Sonra dəfələrlə Bakı ŞİH-nin başçısı Eldar Əzizovun xidməti və mobil telefonu ilə əlaqə saxlamağa çalışsaq da nəticə olmadı. Yeri gəlmişkən, bəzi dövlət qurumlarının telefonları gün ərzində zənglərə cavab vermir. Həm də Sumqayıtın icra başçısı olarkən, zənglərimizə anında cavab verən Eldar müəllim niyə cavab vermir. Axı, biz şəxsi xahiş üçün deyil, cəmiyyətdəki problemlə və birbaşa Eldar Əzizova aid olan məsələ ilə bağlı zəng edirik.

Sonra problemin aid olduğu Nərimanov rayonunun icra başçısı Abdin Fərzəliyevin xidməti telefonuna dəfələrlə zəng etsək də cavab verən olmadı. Məcbur olub başçının mobil telefonuna zəng etsək də cənab başçı da cavab verəsi olmadı.

Sonra Abdin Fərzəliyevin köməkçisinin xidməti nömrəsinə zəng etdik. Köməkçi bizə bildirdi ki, məsələ ilə bağlı Abdin müəllimə məruzə edəcəm.

Bu dəfə Bakı ŞİH-nin sözçüsü İsrafil Kərimova dəfələrlə zəng etsək də cavab vermədi.

Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Ərazi Tikinti-Planlaşdırma Mərkəzi İdarə heyətinin sədri Ramin Abdullayevdə ardıcıl zənglərimizə cavab vermədi.

Sonra Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi sədrinin birinci müavini Namiq Hümmətova dəfələrlə zəng etsək də cavab verilmədi.

Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyevi isə narahat etmədik.

Saatlara sürən telefon "mücadiləmiz" bir daha göstərdi ki, problemlərin həllinə birbaşa cavabdeh olan məmurlar, rəhbər şəxslər "YERİNDƏ DEYİL".

Sonda Nərimanov RİH-dən müxbirimizə bildirilib ki, biz bu məsələ ilə bağlı ciddi məşğul olmuşuq, araşdırmışıq. Ancaq Təhsil nazirliyi rəsmi cavab verir ki, otel tikilən ərazinin məktəbə dəxli yoxdur, ərazi bizə məxsus deyil.

Təhsil naziri Emin Əmrullayev bilmir ki, məktəbin hasarlı ərazisində illərlə mövcud olan torpaq sahəsi məktəbə məxsusdur ?

Cənab nazir, gözləyirsiniz ki, oteldən sonra məktəbin ərazisində kazino, qumarxama, bar tikilsin sonra ayılacaqsınız ?

Burda millətin balalarının talehi həll olunur e.

Görəsən Səxavət adlı şəxs kimdir ki, məktəbin də həyətini bazara çevirir. Bizə yaxşı məlumdur ki, Səxavət adlı şəxs Vaqif Axundovun adından istifadə edərək, bir çox qanunsuzluqlar edib. İndi görəsən, Səxavət kimə arxayındır ?

Məktəbdən müxbirimizə bildiriblər ki, Səxavət hörmətli şəxslərdən biri ilə şərikdir. Müxbirimiz həmin şəxslə əlaqə saxlayıb, bəlli olub ki, həmin hörmətli şəxsin bu məsələyə qədi aidiyəti yoxdur, əksinə o da çalışır ki, belə qanunsuzluqlar olmasın.

Həm də necə olur ki, vətəndaş 5 metr torpaq üçün müraciət edəndə Namiq Hümmətovun, Ramin Abdullayevin "Məqsədə uyğun deyildir" cavabı hazır olur. Amma məktəbin həyətində otel tikmək nə zamandan məqsədə uyğundur, cənablar ?

Sonda üzümüzü, tuturuq şəhər rəhbəri Eldar Əzizova, Nərimanovun icra başçısı Abdin Fərzəliyevə, Təhsil naziri Emin Əmrullayevə və başqalarına tutaraq soruşuruq: MİLLƏTİN GƏLƏCƏYİNİN ALTINA QUMBARA QOYMAYIN.

Səxavət kimi iş adamlarına isə deyirik ki, bir gün Prezidentin DƏMİR YUMRUĞU başınızda olacaq. Nə qədər gec deyil, çəkilin bu yoldan.
gundelik-baku.com

ölkəpress.com


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Nisan 2024    »
PtSaÇrPrCuCtPz
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi