olkepress.com
olkepress.com

Bakıda daha bir məktəb distant tədrisə keçdi

26-10-2021, 15:37

Bakıda daha bir məktəb distant tədrisə keçdi

Bakı şəhəri Nərimanov rayonundakı 73 nömrəli tam orta məktəb distant təhsil formasında fəaliyyət göstərəcək.

Oxu.Az-ın məlumatına görə, buna səbəb şagird və müəllimlər arasında koronavirusun yayılmasıdır.

Bakı şəhəri üzrə Təhsil İdarəsindən Oxu.Az-a bildirilib ki, paytaxtdakı 73 nömrəli tam orta məktəbin fəaliyyəti 2 həftəlik distant təhsil formasında davam etdiriləcək.

Məktəbin 3 şagirdi və 5 müəllimi COVID-19 infeksiyasına yoluxub.

Bu səbəbdən Gigiyena və Epidemiologiya Mərkəzinin rəyi əsasında 73 nömrəli tam orta məktəbdə əyani tədris prosesi 14 gün müddətinə distant təhsillə əvəz olunub.

Qeyd edək ki, əyani tədris bərpa olunandan bu günə qədər Bakıda və regionlarda şagird və müəllimlərin koronavirusa yoluxması səbəbindən bir çox təhsil müəssisəsində dərslər distant formaya keçirilib.

ölkəpress.com


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Kasım 2021    »
PtSaÇrPrCuCtPz
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi