olkepress.com
olkepress.com

Təhsil Nazirliyi: “Qapalı məkanlarla bağlı qayda mühazirələrin keçirilməsində problem yaradır” - VİDEO

30-09-2021, 13:28

Təhsil Nazirliyi: “Qapalı məkanlarla bağlı qayda mühazirələrin keçirilməsində problem yaradır” - VİDEO

“Pandemiya şəraitində qapalı məkanlarla bağlı qaydalar böyük qruplarda mühazirələrin keçirilməsində problem yaradır”.

Bunu “ARB 24”ün “İş vaxtı” verilişinə açıqlamasında Təhsil Nazirliyinin şöbə müdiri Nicat Məmmədli deyib.

“Bizim bundan sonrakı gözləntilərimiz bir neçə məsələ ilə bağlıdır. Ənənəvi tədrisin əvvəlki çərçivələrdə tam bərpa olunması ən vacib məsələlərimizdən biridir. Çünki sosial məsafənin gözlənilməsi, eyni zamanda müxtəlif böyük auditoriyalarda yerlərin məhdud sayda istifadə olunması və s. sözsüz ki, ali təhsil müəssisələrimiz üçün müəyyən çətinliklər yaradır. Yaxın gələcəkdə bu məhdudiyyətlərdən azad olmağa çalışacağıq.

Çünki hələ də qapalı məkanlarda məhdud sayda toplaşmaqla bağlı problemlərimiz var. Bu, böyük qruplarda mühazirə dərslərimizin təşkilində müəyyən problemlərin yaranmasına səbəb olur. Ümid edirik ki, ali təhsil müəssisələri bunun öhdəsindən gələcək. Ən azından nəticədə ciddi yoluxma sayını görməyəcəyik və təhsili ənənəvi qaydada davam etdirməyə çalışacağıq. Distant təhsil bizim üçün bəzi hallarda yalnız lüks və yaxud da təhsilin alternativ formalarda təşkili kimi qalacaq”, - deyə o bildirib.



ölkəpress.com


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Nisan 2024    »
PtSaÇrPrCuCtPz
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi